Millət vəkilindən ordu günü ilə bağlı təbrik mesajı

Tarixi mənbələrdən oxuduğumuz kimi babalarımız 1918-ci ildə hansı əzab-əziyyət milli ordumuzu yaradıblar. Gərgin əmək nəticəsində 40 minlik nizami ordu formalaşdı. Bu, ordu qısa zaman ərzində Qarabağ və digər bölgələrdə düşmənlərin təmizlənməsi əməliyyatını uğurla həyata keçirtdi.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycan cənubi Qafqazın ən güclü ordusuna malikdir. 2-5 aprel hadisələri ordumuzun hansı gücə malik olduğunu göstərdi. Həmin ərəfədə düşmən darmadağın olunmaqla yanaşı, hələ də psixoloji cəhətdən özünə gələ bilmir. İnşallah inanırıq ki, ordumuz gec-tez Qarabağda üç rəngli bayrağımızı dalğalandıracaq. Amin!

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününüz mübarək olsun.

Read 59 times Last modified on Tuesday, 28 June 2016 11:29
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…