Millət vəkili Türkiyədə qələbə qazanan peşəkar idmançı ilə görüşüb – FOTO

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, məşhur peşəkar kikboksçu “Lord” ləqəbli Ramal Aslanov Türkiyənin İstanbul şəhərində "FİGHT NİGHT 1" döyüş gecəsində parlaq qələbə qazanıb.

 PostNews.Az-ın məlumatına görə, vətənə dönən R.Aslanov həmin döyüşdə Türk həmkarı Ünal Alkayışı məğlub edib.

Məlumat üçün bildirək ki, Kikboksinqin K1 versiyası üzrə keçirilən yarışda “Lord”un rəqibi 72,5 kq dərəcəsində döyüşüb.

Yarışı məşhur idman təşkilatçısı Poyraz Rəcəb Seyrək təşkil edib.

Məşqlərini Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Kikboksinq bölməsinin baş məşqçisi, əməkdar məşqçisi Hakim Hacıyevin yanında davam etdirir.

İdmançı vətənə qələbə ilə dönməsindən qürur hiss keçirtdiyini AKF-nin rəsmi saytına danışıb:

“Bütün uğurlarıma görə AKF rəhbərliyinə, öz müəllimim Hakim Hacıyevə öz təşəkürümü bildirirəm ki, hər zaman mənə dəstək olurlar. Onların mənəvi dəstəyi qələbə qazanmağım üçün mənəvi stimul olur. İnşallah, qarşıda daha böyük qələbələr qazanmağı planlaşdırıram.”

Qeyd edək ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev vətənə qayıdan kikboksçu R.Aslanov və onun məşqçisi H.Hacıyevlə görüşüb. Millət vəkili görüş zamanı məşqçi ilə qarşıda duran yarışlar barədə də müzakirələr aparıb.

FUAD MƏDƏTOV

Read 1040 times Last modified on Tuesday, 19 July 2016 10:31
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…