"Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir"

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Qazax" Süd Məhsulları"nın təşkilatı dəstəyi ilə ulu öndər Heydər Əliyev kuboku uğrunda növbəti kikboksinq turniri keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından "Goal.az"-a verilən məlumata görə, Gürcüstan və Azərbaycan kikboksçularının bir araya gələcəyi beynəlxalq turnir 24 iyul 2016-ci il tarixində saat 12:00-da Qazax Olimpiya Kompleksində baş tutacaq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev beynəlxalq turnirlərin keçirilməsinin əhəmiyyətindən danışdı: “Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir və qarşıda belə tədbirlərin keçirilməsi sistemli təşkilinə şərait yaradır. Həmçinin, idmançılarımızın beynəlxalq tipli yarışlarda döyüşlərə çıxmaları təcrübələrini artırır. Çalışırıq ki, bu kimi turnirlərlə idmançılarımıza nüfuzlu beynəlxalq yarışlarda iştirakına stimul verək.”

Azərbaycan tərəfdən AKF yığma komandasının üzvləri Zöhrab Əzimov(60 kq),Ruslan Əliyev(63,5 kq),Arzuman Qədimov(67kq),Ramal Aslanov (71 kq), Emil Mövsumzadə (75 kq), Ehtiram Rzayev (81 kq),Bəhram Rəcəbzadə(94 kq) çəki dərəcəsində olan təcrübəli idmançılar AKF-nin peşəkarlar üzrə baş məşqçisi Elşən Abdulrəhimovun hazırlığı ilə öz güclərini sınayacaqlar.

Read 1549 times Last modified on Thursday, 21 July 2016 08:26
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…