Millət vəkili qalib idmançıları təbrik etdi

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev İrlandiyanın Dublin şəhərində Kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya birinciliyində iştirak edən azərbaycan kikboksçularını qələbə qazanmaları münasibətilə təbrik edib.

AKF prezidenti yarışda Azerbaycan Kikboksinq Federasiyasının yığma komandası 15 nəfərlik idmançı ilə qatıldığını vurğulayıb.

“İdmançılarımız yüksək nəticə əldə edərək 2- qızıl, 2-gümüş və 4-bürünc medal qazanıblar. Zəhməti keçən bütün heyətimizə, dmançılarımızın valideynlərinə və sponsorlara öz təşəkkürümü bildirirəm.

 “Heyif ki, idmanı olimpiya və qeyri-olimpiya növlərinə bölməklə ədalətsizlik edirlər. Olimpiya idman növündən dünya çempionu olanlara küllü miqdarda pul mükafatı verilir, ancaq qeyri-olimpiya növündən dünya çempionu olanlara isə heç nə...”-deyə millət vəkili şikayət edib.

P.S. Xatırladaq ki, İrlandiyanın Dublin şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər və yeniyetmələr arasında dünya birinciliyi başa çatıb. 

1-ci yeri Məhəmməd İmanov,Ramiz Nadirov, ikinci yeri Şəhriyar Məhərrəmov,Qadir Əliyev, 3-cü yeri Tural Seyfalı,Elnur Qəşəmov,İsgəndər Hacıyev.Altun Göyüşov bölüşüblər.

Read 876 times Last modified on Wednesday, 07 September 2016 08:27
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…