Dünya çempionu millət vəkilindən təşəkkür

"Hər birinizə ayrı-ayrılıqda diqqət göstərə bilməsəm də, öz təşəkkür və minnətdarlığımı bildirirəm".

Bu sözləri öz feysbuk səhifəsində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev dünya çempionu olması ilə bağlı ona ünvananlan təbrik mesajlarına cavab olaraq bildirib.

“Minlərlə təbrik mesajı yazıblar. Ölkə mediası sağ olsun ki,hər zaman olduğu kimi böyük diqqət ayırdılar. Təkcə, onu deyə bilərəm ki, Sizlərlə fəxr edirəm. Bu gün uğurlarımızın arxasında Sizlərin mənəvi dəstəyi və sevgisidir”.

Millət vəkili eyni zamanda Sloveniyanın Maribor şəhərində Avropa çempionatında uğur qazanan kikboksçularla görüşdüyünü yazıb:

“Bir neçə gün bundan öncə Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının Sloveniyanın Maribor şəhərində Avropa çempionatının kikboksinqin WAKO versiyasında iştirak edən və uğur qazanan idmançıları ilə görüşdüm. Azərbaycan adını yüksəklərə qaldıran idmançılarımıza uğurlar arzulayıram".

Xatırladaq ki,millət vəkili bu günlərdə İtaliyanın Karrar şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında qələbə qazanıb.

Read 37 times Last modified on Friday, 04 November 2016 20:51
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…