ADU-da “Gənclərə həyat dərsi” layihəsi çərçivəsində görüş keçirildi

Millət vəkili və Kiqboksinq Federasiyasının prezidenti Adil Əliyev Azərbaycan Dillər Universitetində "Gənclərə həyat dərsi” layihəsi çərçivəsində tələbələrlə görüş keçirib.

7 noyabr tarixində baş tutan tədbirdə Milət vəkili ilə bərabər tanınmış idmançı Kiqboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Eduard Məmmədov və aprel döyüşlərində qəhrəmancasına döyüşərək düşmən minasına düşən Baş leytenan Kamil Musəvi də iştirak edib. 

Açılış edən deputat gənc tələbələrə uğur qazanmağın yolları barədə danışıb. Gələcəyini hər kəsdən öncə insanın özünün təmin etdiyi deyən millət vəkili bunun üçün özünümotivasiyaya ehtiyac olduğunu deyib.ğ

Gənclərə həyat dərsi paltformasında bir sıra tövsiyələr verən Adil Əliyevin fikirlərini Kamil Müsəvi davam etdirib. Qazi gənclər arasında vətənpərvərliyin təbliği haqqında çıxış edib. Müasir gənclərin baxışlarını izləyərək danışan gənc zabitimiz gələcəkdə istənilən vəzifələrdə və ya ölkələrdə olsalar belə vətənimizi millətmizi daim təbliğ etməli olduqlarını diqqətə çatdırıb.

Daha sonra Eduard Məmmədov idmanda atdığı uğurıları misal gətirərək gənclərin motivasiya probleminə toxunub. O necə motivasiya edilməli olduğunun ən asan yolla izahatını verib.

Sözsüz ki, qonaqlar ən nümunəvi motivasiya subyektləridir. Dəyərli millət vəkili çıxış zamanı maraqlı bir fikir söylədi: "Bir il işsiz qalsanız belə gözləyin, məqsədinizə çatacaqsınız”.

Qonaqların çıxışlarından sonra auditoriyada əyləşən tələbələr suallar ünvanladı. Daha sonra Deputat Adil Əliyev ADU tələbələrinə gəlcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Read 36 times Last modified on Tuesday, 08 November 2016 10:45
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…