QAZAX İDMANÇILARIN TOPLAŞDIĞI BİR MƏKANDIR
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Sherg.az -a danışıb.
İdmançı deputatla bu yaxınlarda İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatının qalibi olması, Qazax səfəri ilə bağlı təsuratları, Türkiyədə yaşanan proseslər və başqa məsələlər ətrafında söhbət apardıq.
 
-Adil müəllim, öncə dünya çempionu olmağınız münasibət ilə təbrik edirik. İstərdik ki, çempionatla bağlı təsuratlarınızı bizimlə bölüşəsiniz. Yarış necə keçdi?
 
- Əlbəttə, bu yarışda qalib olmağım mənə çox xoş təsir bağışlayır. Amma yarışın təşkilatçılıq səviyyəsi çox zəif idi. Biz bu yarışa yeni qaytıldıq ki, məlumat alaq. Veteranlar üçün yarış və rəqib çox önəmli deyil. Veterenlar üçün ən əsas məsələ yarışa hazırlaşmaq, orada iştirak etmək və köhnə idmançıları görməkdir. Buna da nail olduq və məni çox məmnun etdi.
 
-Bilirik ki, hazırda Qazaxda səfərdəsiniz və bu səfər çərçivəsində hansı işləri gördünüz?
 
-Bu il artıq ikinci dəfədir ki, Qazaxa səfər edirəm. Qazax önəmli bölgələrimizdən biridir və əhəmiyyətli coğrafiyada yerləşir. Ona görə də Qazax və qazaxlılar bizim üçün əzizdirlər. Əlbəttə, Qazaxda "Avey” idman klubunun zalına baxış keçirdik. Oradakı idmançılarla tanış olduq. Bundan sonra "Avey” idman klubunun fəaliyyəti ilə yaxından maraqlanacağıq. Ona görə ki, "Avey” idman klubunun prezidenti Arzuman Abdulkerimov bu yaxınlarda Kikboksing federasiyasının vitse prezidenti təyin olunub. Bu mənada artıq "Avey” idman klubu federasiyamızın nəzdində fəaliyyət göstərəcək. Orada bir neçə idman növü var. Biri də Kikboksinq idman növüdür ki, onun da inkişafı üçün klubun rəhbərliyi qərar qəbul edib. Məqsəd isə budur ki, bu klubun idmançıları Azərbaycanımızı beynəlxalq turnirlərdə təmsil etsinlər. Gəlib, görüşdük, vəziyyətlə tanış olduq. Zalları təmiz və səliqəli idi. Qazax idmançıların toplaşdığı bir məkandır. Şad oldum.
 
Qazaxda şəhid ailələrinə baş çəkməyinizə dair məlumatlar aldım. Bu doğrudurmu? 
 
- Yox, şəhid ailələrinə baş çəkməmişəm. Qazaxa dostum, qardaşım Kamil Müsəvinin dəvəti ilə gəldim. Onların qonağı oldum. Ailəsinə getdim, ailəsi ilə tanış oldum. Qürur duyduğumuz bir oğlanın, bir kişinin qonağı oldum. Qardaşımın evində çörək kəsdik. Bu çörək bizim üçün çox böyük məna kəsb edir. Bundan sonra aprel döyüşlərində qəhrəmancasına şəhid olan baş -leytenat Namazov Elvin qardaşımızın məzarını ziyarət etdik. Bayraq günü münasibəti ilə orada tədbir düzənlənmişdi. Orta məktəb uşaqları da mərasimdə iştirak edirdilr. Biz də qatıldıq. Öz iştirakımızla şəhidlərimiz unutmadığımızı bildirdik və söylədik ki, valideynlərinin yanında olmağımızla şəhidlərimizi həmişə yaşatmalıyıq.
 
- Gələn il ölkəmizdə IV İslam Həmrəylik Oyunları baş tutacaq. Bu cür beynəlxlaq yarışlar ölkəmizə nə vəd edir?
 
-Ümumiyyətlə, Azərbaycanda baş tutan hər bir mötəbər tədbir, yarış ölkəmizin beynəlxalq nüfuzu, imicini daha da gücləndirir. Məsələn, 2015-ci ildə I Avropa oyunları keçirildi, indi də İslam Həmrəylik Oyunları keçiriləcək. Bu, artıq dünyada baş tutan IV İslam Oyunları olacaq. O yarışın Azərbaycanda təşkil olunması islam ölkələrinin Azərbaycana olan diqqətidir. Ölkəmiz bir neçə beynəxlaq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bütün ölkələr, idmançılar Azərbaycandan razı yola düşüblər. İndi də İslam Həmrəylik Oyunlarının keçirilməsi Azərbaycana çox böyük nailiyyətlər vəd edir. Çünki bu oyunların keçirilməsi ölkəmizdə idman qurğularının bolluğundan və yeni idman qurğularının yaranmasından xəbər verir. Üstəgəl, Azərbaycan idmançılarının həmin yarışlarda yaxından iştirakını təmin edir. Çünki yarışa ev sahibliyi edən ölkənin təmsilçiləri daha çox sayda qatılırlar. Azərbaycan İslam Oyunlarına ev sahibliyi etməklə dünya ictimaiyyətinə açıq olduğunu bəyan edir.
 
-Bir az da hamımızı narahat edən Türkiyədəki proseslərdən söz açaq. Qardaş ölkədə yaşanan terraktları və bəzi millət vəkilləri, siyasi təşkilat rəhbərlərinin saxlanmasını necə dəyərləndirirsiniz?
 
-Türkiyə böyük və güclü dövlətdir . Türkiyə türk dünyasının döyünən ürəyidir. Türkiyə dünyada sözünü deməyi bacaran demokratik bir ölkədir. Qardaş ölkədə baş verən prosesləri hər birimiz yaxından izləyirik. İndiyə kimi PKK-nı terrorçu qruplaşma kimi tanımayan partiya liderləri və millət vəkillərinin həbsi doğru qərardır. İndiyə kimi onlar bir dəfə də olsun PKK-nın terrorçu dəstə olduğunu dillərinə gətirməyiblər. Təbii ki, bu da çox üzücüdür. Gedib, dağlarda PKK-çı axtarmağa ehtiyac yoxdur , PKK-çılar Türkiyə Böyük Millət Məclisində oturmuşdular ki, onları da müəyyən etdilər. Düzdü, onların PKK-çı, erməni və s olması hələ bəlli deyil. İstintaq həmin şəxslərin kimliyini ortaya qoyacaq.
 
 
Ayyət Əhməd
Read 889 times Last modified on Wednesday, 09 November 2016 20:54
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…