Millət vəkili mükafata layiq görüldü

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev mərkəzi Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb.

 

Qafqazinfo” xəbər verir ki, millət vəkilləri, dövlət rəsmiləri və ictimai xadimlərin iştirakı ilə keçirilən tədbiri Adil Əliyev giriş sözü ilə açıb. Deputat mükafatlandırma mərasimində iştirak edənlərə və onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Akademiyanın Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə əvvəlcə “Dirçəliş Günü” münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, bu iki önəmli hadisənin üst-üstə düşməsi heç də təsadüf deyil. Adil Əliyevin fəaliyyətini yüksək dəyərləndirən təmsilçi Akademiyanın fəaliyyətindən də bəhs edib.

Rəsmi hissənin sonunda Akademiyanın Ankara başqanı Xaləddin İlkin millət vəkilinə Akademiyanın fəxri doktorluq adını və “Qızıl ulduz” medalını təqdim edib.

Read 1170 times Last modified on Thursday, 17 November 2016 21:42
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…