AKF prezidenti: “Fəxr ediləsi Azərbaycanlılar”

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millər vəkili Adil Əliyev Ramal Aslanovu təbrik etdi.

 

Federasiya prezidenti Adil Əliyev FF Dünya Kəmərini qazanan Ramal Aslanov və məçqçisi Hakim Hacıyevi mükafanlandırıb.

Qalib idmançı və məşqçisi ilə görüşən federasiya prezidenti qələbənin önəmini xüsusilə qeyd edib:

“Bu kəməri Azərbaycan adına qazanan Ramal Aslanov və şəxsi məşqçisi Hakim Hacıyevi parlaq qələbə münasibəti ilə Azərbaycan Kikboksinq Federasiyanın prezidenti və ölkə idmansevərləri adından təbrik edirəm.

Kifayət qədər mötəbər və  çətin yarışda müvəffəqiyyətlə döyüşərək, Dünya kəmərini qazanıb Azərbaycana gətirmək  heç də asan iş deyil. Bunu bacardıqları üçün Azərbaycan kikboksinq milli komandasının kapitanı Ramal Aslanova və bu qələbədə böyük payı olan məşqçimiz Hakim Hacıyevə alqışlar düşür.

Təbrik edirəm, davamı gəlsin inşallah”!

Federasiya prezidenti social şəbəkədə bölüşdüyü şəkli “Fəxr ediləsi Azərbaycanlılar…” ifədəsi ilə şərh edib.

Ramal Aslanov Çində keçirilən FAITH FIGHT (FF) Dünya Gran Prisinin yarımfinalında Tailand idmançısı Faamongkon Sor Jora, finalda isə litvalı döyüşçü Henrikas Vikstraitisə qalib gələrək Dünya Kəmərinin qazanıb.  

Read 1821 times Last modified on Wednesday, 14 December 2016 09:30

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…